Biləsuvar rayonunda məktəbdə şagird Əliyar Hüseynlinin ölümünün ilkin səbəbi məlum olub.
AzEdu.az-ın məlumata görə, onun ölümünə qıcolma səbəb olub.
Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib, onun dili qatlanıb, daha sonra isə vəfat edib.
***
Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.
AzEdu.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.
Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.
Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib.
Faktla bağlı araşdırma aparılır.