Azedu.az

Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Məktəblər

Müəllimlər və elm adamları

15 May 2018, 17:07
Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

"Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb".

AzEdu.az-ın xəbərinə görə, bu barədə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Nazir əlavə edib ki, hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq:

"Respublika fənn olimpiada qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiada qalibləri müvafiq ixtisaslara müsabiqədən kənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiada qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədən kənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırlamışıq".

C.Bayramov bildirib ki, xüsusi istedadlı şagirdlər üçün liseylərin sayını artırılması planlaşdırılır.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

Firayə

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox