Azedu.az

Qızlar məktəbində onlarla şagird zəhərləndi

Məktəblər

25 Noyabr 2019, 20:13
Qızlar məktəbində onlarla şagird zəhərləndi

Misirin cənubundakı Asuan şəhərində qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.

AzEdu.az  xəbər verir ki, yaxınlıqdakı kimya müəssisəsindən azotun sızması nəticəsində 84 şagird və müəllim zəhərlənib.

Qeyd olunur ki, zəhərlənənlərin böyük əksəriyyəti şagirdlərdir. Xəsarət alanlar xəstənaya yerləşdirilib.

Onların vəziyyəti barədə məlumat verilməyib.

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox