Azedu.az

Güclü qar səbəbindən məktəblər bağlandı

Məktəblər

17 Noyabr 2019, 00:13
Güclü qar səbəbindən məktəblər bağlandı

İranın paytaxtı Tehranda şənbə günü yağan güclü qar səbəbindən noyabrın 17-də ibtidai və orta məktəblər bağlanacaq.

AzEdu.az  xəbər verir ki, İSNA agentliyinin əyalət qubernatoruna istinadla yaydığı məlumata görə, meteoroloji xidmət bazar gününə əlverişsiz hava şəraiti proqnozlaşdırır. Bu səbəbdən Tehranın bütün əyalətlərində ibtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq.

Noyabrın 17-də də Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu səhər saatlarında mənfi bir dərəcəyədək enəcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox