Azedu.az

Qaradağdakı məktəb yanğını ilə bağlı rəsmi MƏLUMAT - 560 nəfər təxliyə olunub

Məktəblər

10 May 2018, 15:43
Qaradağdakı məktəb yanğını ilə bağlı rəsmi MƏLUMAT - 560 nəfər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunda baş verən məktəb yanğını ilə bağlı məlumat yayıb.

AzEdu.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 kv.m olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb. 

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox