Azedu.az

BŞTİ Qaradağdakı məktəbdə baş vermiş yanğınla bağlı məlumat yaydı

Məktəblər

10 May 2018, 14:54
BŞTİ Qaradağdakı məktəbdə baş vermiş yanğınla bağlı məlumat yaydı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mayın 10-da saat Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb. 

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan AzEdu.az-a bildirilib ki, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. 

“Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib. Hadisə araşdırıldıqdan sonra əlavə məlumat veriləcək”, - BŞTİ-nin məlumatında bildirilib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox