Azedu.az

“Beynəlxalq Məktəb Kitabxanaları Günü”

3 Noyabr 2019, 17:23
“Beynəlxalq Məktəb Kitabxanaları Günü”

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə “Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibətilə tədbir keçirilib.

Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq olub.

Tədbirdə çıxış edənlər  bu günün əhəmiyyətinə diqqət çəkərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar. 

Sonda şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.(Azərbaycan müəllimi)

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox