Azedu.az

Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub

Məktəblər

Universitetlər

8 May 2018, 11:37
Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub

UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. 

AzEdu.az  xəbər verir ki, UNEC-in nümayəndə heyəti öncə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Filial kollektivi şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüşüb. Filialın İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova məktəblilərə UNEC-in Zaqatala filialı barədə ətraflı məlumat verərək, onlara “UNEC-də 1 gün” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində şagirdlər bir günlük UNEC tələbəsi olmaq hüququ qazanır və bu, onlara universitet ilə daha yaxından tanış olmaq imkanı yaradır.

Layihəni maraqla qarşılayan Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak etmək istədiklərini bildiriblər.

Məktəblilərə dərslərində uğurlar arzulayan filial kollektivi onlara kitablar hədiyyə ediblər.

Sonra müəllim və tələbələr Lələtəpə yüksəkliyinə qalxaraq, “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər. Səfər çərçivəsində Şuşa məscidinin bənzəri də ziyarət olunub.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox