Azedu.az

Şahmat yarışında Sumqayıt məktəbliləri öndədir

Məktəblər

20 İyul 2019, 22:17
Şahmat yarışında Sumqayıt məktəbliləri öndədir

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasında onuncu turun oyunları keçirilib.

AzEdu.az  xəbər verir ki, on turun nəticəsinə görə, “A” qrupunda Səbinə Rzalı (Sumqayıt) 9 xalla turnir cədvəlinin lideridir. Sonrakı iki yerdə 8,5 xalla Fərhad Fərhadlı (Sumqayıt) və Adil İsrailov (Baku School) qərarlaşıblar.

“B” qrupunda isə 9 xalla Sumqayıtın digər şahmatçısı Yunis Mahmudzadə birincidir. İkinci və üçüncü pillələri 8,5 xalla Tunar Davudov və İsmayıl Süleymanlı bölüşürlər (hər ikisi Respublika Şahmat Məktəbi).

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət turnirdə 551 şahmatçı yarışır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox