Azedu.az

İdarə müdiri \"Son zəng\"ə görə hüquq-mühafizə orqanlarına müraciət etdi

12 İyun 2019, 17:57
İdarə müdiri \

"Bakı məktəblərində "Son zəng" tədbirləri iyunun 14-də günün I yarısında keçiriləcək".

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

O bildirib ki, "Son zəng" tədbiri ilə bağlı Təhsil naziri tərəfindən müvafiq əmr imzalanıb: "Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb".

 

R. Tağıyev qeyd edib ki, "Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub: "Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq".

BŞTİ-nin müdiri şagirdlərə də müraciət edib. O, şagirdlərə "Son zəng" tədbirlərini məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edib.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox