Azedu.az

Çin məktəblərində şagirdlərin diqqətini yaxşılaşdırmaq üçün cihaz sınaqdan keçirilir

11 Aprel 2019, 09:55
Çin məktəblərində şagirdlərin diqqətini yaxşılaşdırmaq üçün cihaz sınaqdan keçirilir

Çində ibtidai məktəblərdən birində şagirdlərin diqqətini yüksəltmək üçün nəzərdə tutulmuş başa taxılan qurğu sınaqdan keçirilir. "Focus 1" adlı cihaz Harvard Universitetinin Beyin Mərkəzinin iştirakı ilə ABŞ-ın "BrainCo" firması tərəfindən işlənib hazırlanıb.
 
AzEdu.az ICTnews-a istinadən bildirir ki, "Focus 1" cihazı Xançjou (Çjeszyan əyalətinin paytaxtı) şəhərinin təhsil müəssisəsində sınaqdan keçirilir. Aparat beynin aktivliyini qeydə alan elektroençefaloqrafiya datçikləri ilə təchiz edilib və şagirdin dərsə olan diqqətini müəyyənləşdirməyə imkan verir.
 
Müəllimlər noutbuka quraşdırılmış xüsusi proqram sayəsində şagirdlərin nə dərəcədə diqqətli olmasını, dərsdən yayınma hallarını izləyə bilərlər, həmçinin dərsin sonunda isə 3 ən diqqətli şagirdin adını müəyyənləşdirmək mümkündür.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox