Azedu.az

Məktəbdən ölən şagirdlə bağlı açıqlama -\"Çox kədərlənirik...\"

6 Aprel 2019, 14:46
Məktəbdən ölən şagirdlə bağlı açıqlama -\
 
Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.
 
162 nömrəli tam orta məktəbdən AzEdu.az-a    verilən məlumata əsasən, məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirib, dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
 
 
Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox