Azedu.az

I sinfə elektron qəbul sistemi Novruz tətillərində fəaliyyət göstərməyəcək

Məktəblər

Təhsil Nazirliyi

19 Mart 2019, 09:16
I sinfə elektron qəbul sistemi Novruz tətillərində fəaliyyət göstərməyəcək

I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan -- 27 mart, saat 10:00-dək) fəaliyyət göstərməyəcək.

AzEdu.az xəbər verir ki, ONA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Qeyd edək ki, martın 13-dən dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna başlanılıb.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə ərizələrin onlayn qeydiyyatı bu gündən sentyabrın 15-dək həyata keçirilir.

Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunublar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndərilib.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi mektebeqebul.edu.az saytı vasitəsilə valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində aparılır.

 
SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox