Azedu.az

Mingəçevirdə orta məktəb binası qəzalı vəziyyətə düşüb - FOTO  

Məktəblər

14 Mart 2019, 15:50
Mingəçevirdə orta məktəb binası qəzalı vəziyyətə düşüb - FOTO  

Mingəçevirdə orta məktəbin köməkçi korpusu qəzalı vəziyyətə düşüb.

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, hadisə ötən gün axşam saatlarında Baxşəli Şıxaliyev adına 6 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin köməkçi korpusunun qəzalı vəziyyətə düşməsi ilə bağlı yeddi sinfin 200 şagirdi əsas korpusa köçürülüb və orada müvəqqəti olaraq iki növbəli tədris qrafiki yaradılıb.

Qəza ilə bağlı şəhər Təhsil Şöbəsi nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin (FHN) regional nümayəndəliyinin təmsilçiləri məktəbə baxış keçirib. Vəziyyətlə bağlı tərtib olunan akt bu gün FHN nümayəndələrinə təqdim olunacaq.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox