Azedu.az

Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklərdən istifadə edilir

Məktəblər

10 Mart 2019, 20:12
Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklərdən istifadə edilir

Azərbaycanda "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanan ehtiyat dərsliklər ölkənin seçilmiş 96 məktəbinin 122 sinfində pilot olaraq tətbiq edilir. AzEdu.az-ın məlumatına görə, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.

 

2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.

 

2018-2019-cu tədris ili üzrə Gürcüstan üçün tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin I-XI sinifləri üçün 24 adda 24127 nüsxə "Azərbaycan dili", "Ədəbiyyat" dərsliyi və metodik vəsaitlər ayrılıb.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox