Azedu.az

Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində  

Məktəblər

Təhsil Nazirliyi

28 Fevral 2019, 10:30
Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində  

Azərbaycan məktəbliləri Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Beynəlxalq Qış Kompüter Məktəbində iştirak edirlər.

AzEdu.az xəbər verir ki, 4-11 avqust 2019-cu il tarixlərində Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq çərçivəsində baş tutan səfərdə ölkəmizi 1 rəhbər və 6 şagird təmsil edir. Məktəblilərimiz dünya ölkələrindən gələn həmyaşıdları ilə birgə beynəlxalq mütəxəssislərin dərslərini dinləyir və müxtəlif yarışlarda iştirak edirlər.

İnformatika fənni üzrə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi  “Azercell Telecom”un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir.

Beynəlxalq Qış Kompüter Məktəbi martın 6-dək davam edəcək.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox