Azərbaycanda orta təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunacaq.
AzEdu.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib. (trend)