Ümumi orta təhsil səviyyəsi üzrə 5-ci sinif dərsliklərinin istehsalı ilə bağlı satınalma prosesi elan olunub.
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə çərçivəsində bir sıra əsas fənlər üzrə dərsliklərin çapı nəzərdə tutulur.
Siyahıya “Azərbaycan dili (tədris dili) 5”, “Azərbaycan dili-dövlət dili 5”, “Azərbaycan tarixi 5” və “Riyaziyyat 5” dərslikləri daxildir. Eyni zamanda riyaziyyat fənni üzrə dərsliyin rus və gürcü dillərində tərcümə variantlarının da istehsalı planlaşdırılır.
Məlumata görə, dərsliklər yüksək poliqrafik tələblərə uyğun hazırlanacaq. Belə ki, kitabların tam rəngli çapı, keyfiyyətli kağızdan istifadə və möhkəm cildlənməsi nəzərdə tutulur.
Tender sənədlərinə əsasən, ümumilikdə on minlərlə dərsliyin çapı planlaşdırılır. Ən böyük tiraj “Azərbaycan tarixi 5” və “Azərbaycan dili (tədris dili) 5” dərsliklərini əhatə edir.