İsveçrədə aparılan yeni bir araşdırma göstərir ki, məktəblərin dərslərə daha gec başlaması şagirdlərin yuxu müddətini əhəmiyyətli dərəcədə artırır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatda iştirak edənlər, səhər dərsləri gec başlandıqda daha uzun və keyfiyyətli yuxu aldıqlarını bildiriblər.
Araşdırma həmçinin göstərib ki, daha çox yuxu alan şagirdlərin diqqət və yaddaş qabiliyyətləri yaxşılaşır, dərs nəticələri yüksəlir. Bu isə məktəblərin başlanğıc saatlarının tənzimlənməsinin yalnız yuxu sağlamlığı üçün deyil, eyni zamanda akademik uğur üçün də mühüm olduğunu göstərir.
Tədqiqat müəllifləri məktəb rəhbərlərinə tövsiyə edirlər ki, xüsusilə yeniyetmələr üçün səhər dərslərinin başlanma vaxtını bir az daha gecikdirməyi nəzərə alsınlar, çünki bu həm onların fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərir.