Keçən il Azərbaycanda ləğv edilən və fəaliyyəti dayandırılan məktəblərin sayı məlum olub.
AzEdu.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, ötən il ümumilikdə 115 müəssisə (86 ləğv, 10 fəaliyyəti dayandırılan, 19 tipi dəyişən) ümumi təhsil müəssisələrinin optimallaşdırılması siyahısına daxil edilib. Gələcəkdə tabeliyi dəyişəcək 45 Qarabağ və 20 Şərqi-Zəngəzur müəssisəsi üzrə aidiyyəti qurumlara müraciət edilib, ictimaiyyətlə kommunikasiya planı hazırlanıb və 5 illik strateji optimallaşdırma planı üzərində iş aparılıb.