Azedu.az

Məktəbə gedən uşaqlara bufet kartı veriləcək

Məktəblər

12 Mart 2026, 11:17
Məktəbə gedən uşaqlara bufet kartı veriləcək

Türkiyədə məktəbə gedən uşaqlara aylıq 2 min TL bufet kartı veriləcək.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul şəhər rəhbəri Davut Gül, məktəbə gedən şagirdlərə bufetdə istifadə üçün hər ay 2 min TL yüklənəcək kart veriləcəyini açıqlayıb.

Davut Gül bildirib: “Məktəbə gedən qardaş-bacılarımıza bu kartı verəcəyik. Kart yalnız məktəb bufetində istifadə olunacaq və hər ay müntəzəm olaraq 2 min TL (təxminən 77 manat) yüklənəcək.”

Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!
Son xəbərlərDaha çox