AzEdu.az xəbər verir ki bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynayıb. Həmin tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd olunur. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.
“Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı ikinci komediyasıdır.
Sabirabad şəhər N. Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin 8j sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Elvira Allahverdiyevanın rəhbərliyi ilə komediyadan bir parçanı səhnələşdiriblər.