Azedu.az

Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər - “Mənim səsim olun!”

Məktəblər

6 Mart 2026, 16:29
Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər - “Mənim səsim olun!”

İranın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilmiş Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial media paylaşımı gündəm olub.

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Naxçıvan məktəblisi Quzeyli, Güneyli Azərbaycana, dünyada uşaqların ölümünə qarşı olan bütün insanlara üz tutaraq, İran tərəfindən törədilmiş bu cinayətə susmamağa çağırış edib. 

“Biz - günahsız insanlar sizə neyləmişik, niyə hərbi hədəfiniz olmuşuq?”, - sualını verən məktəblinin “Mənim səsim olun!” çağırışı geniş rezonans yaradıb.

Azərbaycan QHT-ləri, ictimai fəallar bu videonu paylaşaraq, sosial mediada “Mənim səsim olun!” (#BeMyVoice) adlı kampaniyaya başlayıb və Azərbaycanın haqq səsini ucaldıblar. Azərbaycan QHT-ləri İrandan üzrxahlıq və cinayəti törədənlərin cəzalandırılmasını tələb ediblər.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox