Azedu.az

Dərs vəsaitləri daha yığcam tərtib edilə bilər - TƏKLİF

Məktəblər

3 Mart 2026, 11:57
Dərs vəsaitləri daha yığcam tərtib edilə bilər - TƏKLİF

Dərs vəsaitlərinin daha yığcam tərtibat edilməsi təklif edilib. 

AzEdu.az xəbər verir ki, bu təklif Ombudsmanın “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2025-ci il üzrə Milli Məclisdə məruzəsi zamanı səsləndirilib

Məruzədə qeyd olunur ki, tədris proqramının ağır olması və dərs vəsaitlərinin çoxluğu, xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə səbəb olur. Bu, nəticədə onların sağlamlıq vəziyyətinə və fiziki inkişafına neqativ təsir göstərir.

Buna görə tədris proqramının optimallaşdırılması tövsiyə olunur. Eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməlidir. Rəqəmsal resurslardan istifadənin genişləndirilməsi də vacib hesab olunur.

Bununla əlaqədar, təhsil müəssisələrində maddi-texniki baza gücləndirilməli, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilməsi üçün dolablar quraşdırıla bilər.

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İran'daki müharibəyə qoşulur mu?
Son xəbərlərDaha çox