Azedu.az

Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər

Məktəblər

3 Mart 2026, 11:55
Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər

Şagirdlər üçün dərsdən əlavə köməkçi vəsaitlərin dövlət hesabına təmin edilməsi təklif olunub. 

AzEdu.az xəbər verir ki, bu təklif Ombudsmanın “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2025-ci il üzrə Milli Məclisdə məruzəsi zamanı səsləndirilib

Qeyd olunub ki, ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi məqsədəuyğun hesab edilir.

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İran'daki müharibəyə qoşulur mu?
Son xəbərlərDaha çox