Azedu.az

Məktəb psixoloqları üçün “Bullinqi dayandır, şagirdləri qoru” adlı təlim

Məktəblər

28 Fevral 2026, 14:12
Məktəb psixoloqları üçün “Bullinqi dayandır, şagirdləri qoru” adlı təlim

Məktəb psixoloqları üçün “Bullinqi dayandır, şagirdləri qoru” adlı təlim keçirilib.

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Bullinqi dayandır, şagirdləri qoru” adlı təlim təşkil olunub. 

Təcrübəli psixoloq Sevil Quliyeva tərəfindən keçirilən təlimdə iştirakçılara  bullinq anlayışının elmi-psixoloji mahiyyəti, bullinqə məruz qalan şagirdlərin davranış indikatorlarının müəyyənləşdirilməsi, bullinqin yaranma səbəbləri, risk faktorları və digər mözularda məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd məktəb psixoloqlarının bullinqin mahiyyəti, formaları, risk göstəriciləri, erkən diaqnostika üsulları, müdaxilə strategiyaları və profilaktik tədbirlər sahəsində nəzəri biliklərini dərinləşdirmək, praktik bacarıqlarını inkişaf etdirmək və məktəbdaxili psixoloji təhlükəsizlik mexanizmlərini gücləndirməkdir.

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox