2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişmə prosesi bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.
AzEdu.az xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını və 1-10-cu sinifləri əhatə edəcək. Elektron yerdəyişmə mexanizmi valideynlərə övladlarının təhsil aldıqları ümumi təhsil müəssisəsini onlayn qaydada dəyişmək imkanı yaradır.
Yerdəyişmə prosesi müvafiq qaydalar və mövcud yerlər nəzərə alınmaqla aparılacaq. Valideynlər sistemə daxil olaraq müraciətlərini onlayn formada təqdim edə, eyni zamanda müraciətin statusunu izləyə biləcəklər.
Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Xüsusən yaşayış yerinin dəyişməsi, ailə vəziyyəti, nəqliyyat imkanları və digər səbəblərdən valideynlər övladlarının təhsil aldığı məktəbi dəyişdirməyə ehtiyac duyur.
Bəzi hallarda valideynlər elektron yerdəyişmə zamanı çətinlik çəkirlər.
Bu səbəbdən aşağıdakı videoizah vasitəsilə daha rahat şəkildə qeydiyyatdan keçə bilərlər: