Azedu.az

"Rəqəmsal məktəb" istifadəçiləri 900 mini keçib 

Məktəblər

24 Fevral 2026, 11:26
"Rəqəmsal məktəb" istifadəçiləri 900 mini keçib 

Azərbaycanda 900 mindən çox şəxs "Rəqəmsal məktəb" platformasından istifadə edir.

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.

O qeyd edib ki, "Rəqəmsal məktəb" layihəsi çərçivəsində şagirdlər üçün rəqəmsal köməkçi hazırlanır:

"Bu alətin köməyilə şagirdlər süni intellekt əsaslı işi öyrənəcəklər. Rəqəmsal məktəb layihəsinin istifadəçi sayı 900 mini keçib, 500 mindən çoxu şagirddir. Həmçinin 360 min valideyn Bu platformada qeydiyyatdan keçib".

V.Xanlarov əlavə edib ki, "Rəqəmsal məktəb" layihəsi hazırda yalnız Bakıda tətbiq edilir, gələcəkdə regionlarda da fəaliyyət göstərəcək.

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox