Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.
AzEdu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.
Nilufərin təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.
Qeyd edək ki, o, “İnfluenser etibarının, dəyərinin və qavranılan təsirinin Trendyol istifadəçiləri arasında təkrar alış niyyətinin formalaşmasındakı rolu: Azərbaycan nümunəsi” adlı elmi məqalənin həmmüəllifidir.
Məqalə mart ayında ABŞ-ın Nyu York şəhərində keçiriləcək beynəlxalq konfransda təqdim olunacaq.
(Mənbə:Azərbaycan Universiteti)