Azedu.az

Tovuz məktəbində sobadan tüstülənmə baş verib

Məktəblər

19 Fevral 2026, 14:23
Tovuz məktəbində sobadan tüstülənmə baş verib

Fevralın 19-da Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbində sobanın tıxanması nəticəsində tüstülənmə baş verib.

AzEdu.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş profilaktik tədbirlər sayəsində hadisənin genişlənməsinin qarşısı alınıb, şagirdlər və pedaqoji heyət təxliyə planına uyğun olaraq təhlükəsiz əraziyə təxliyə ediliblər.

Hadisə zamanı 5 şagirdin və təhsil müəssisəsinin ocaqçısının səhhətində narahatlıq yaranıb. Dərhal təcili tibbi yardım briqadası cəlb olunub və onlar müvafiq tibb müəssisəsinə yerləşdiriliblər. Göstərilən tibbi yardımdan sonra şagirdlərdən 4-ü evə buraxılıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

SON DƏQİQƏ: Moskvada dəhşət - METRODA partlayış
Son xəbərlərDaha çox