Ehtimala görə, şagirdlər məktəb daxilində satılan şirin qarğıdalıdan zəhərləniblər.
Hadisədən dərhal sonra zəhərlənən şagirdlər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Onların vəziyyəti stabilləşdirildikdən sonra evə buraxılıblar.
Maraqlıdır, məktəb bufetində yoxlama aparılıbmı və bufetin fəaliyyəti hazırda davam edirmi?
AzEdu.az məsələ ilə bağlı məlumat almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.
AQTA-dan sorğumuza cavab olaraq bildirib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.
Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb.
Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.