Azedu.az

Ucarda məktəb binası yanıb

19 Fevral 2026, 09:19
Ucarda məktəb binası yanıb

Ucarda məktəb binasında yanğın olub. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

AzEdu.az xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır. (mənbə AZƏRTAC)

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox