Bakı şəhəri 68 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir.
Bu barədə AzEdu.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaransa da, hazırda təmir-tikinti işləri davam edir.
Məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, valideynlər 68 nömrəli məktəbin tikintisinin uzun müddətdir dayanmasından narazıdırlar. Bildirilir ki, artıq 4 ildir şagirdlər müvəqqəti olaraq digər məktəblərdə təhsil alırlar. Mövcud vəziyyətlə əlaqədar bütün siniflər üzrə dərslər saat 14:00-da başlayır. Xüsusilə 9, 10 və 11-ci sinif şagirdlərinin də dərslərinin günün ikinci yarısında təşkili valideynlərin narahatlığına səbəb olub.