Azedu.az

Lerikin bu kəndlərinə 10 modul tipli məktəb binası quraşdırılacaq

Məktəblər

Təhsil Nazirliyi

11 Yanvar 2019, 14:20
Lerikin bu kəndlərinə 10 modul tipli məktəb binası quraşdırılacaq

Qəzalı vəziyyətdə olan ümumtəhsil müəssisələrinin modul tipli məktəblərlə əvəzlənməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da yeni məktəb binaları inşa edilir.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən tədris ilində Lerikdə modul tipli 5 məktəb binası quraşdırılaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Bu il isə rayonda bu tipli 10 məktəb binasının quraşdırılması nəzərdə tutulub.

Artıq yeni məktəblərin ikisi istifadəyə verilib. Hazırda rayonun Monidigah kəndində 1937-ci ildə tikilmiş məktəbin həyətində 96 şagird yerlik modul tipli məktəb binasının quraşdırılması davam etdirilir. Yeni məktəb binası fevral ayında istifadəyə veriləcək.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox