Azedu.az

Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər

Məktəblər

10 Fevral 2026, 16:38
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər

Çexiyada uşaqlar və yeniyetmələr süni intellekt (Sİ) alətlərindən əsasən tədris prosesində fəal şəkildə yararlanırlar. Masarik Universitetinin Sosial elmlər fakültəsinin ekspertləri tərəfindən Təhlükəsiz İnternet Günü münasibətilə yayımlanan hesabatda bildirilir ki, respondentlərin təxminən 40 faizi Sİ-dən inşa yazmaqda, referatlar hazırlamaqda, eləcə də uzun mətnləri ümumiləşdirmək və izah etmək üçün köməkçi vasitə kimi istifadə edir.

AzEdu.az xəbər verir ki, araşdırmaya görə, uşaqların 30 faizi süni intellektə tövsiyələr almaq üçün müraciət edir: nə ilə məşğul olmaq, nə izləmək, hansı musiqiyə qulaq asmaq və nə almaq kimi suallar üstünlük təşkil edir. Təxminən 20 faiz isə şəxsi problemlərini Sİ ilə bölüşür. Tədqiqat qrupunun üzvü Mariya Yaroslavaya görə, fiziki sağlamlıq və fitnes mövzularında ünsiyyət də kifayət qədər yayılıb.

Eyni zamanda, iştirakçıların 25 faizindən azı süni intellektdən şəkil və video yaradılması kimi yaradıcı məqsədlərlə istifadə etdiyini bildirib. Cəmi 4 faiz isə “deepfake” texnologiyası ilə məzmun yaratdığını etiraf edib.

Ekspert Yaroslav Bedroşovanın sözlərinə görə, oğlanlar və qızlar arasında fərqlər böyük deyil. Lakin qızlar daha çox problemləri və məsləhət istəkləri üçün Sİ-yə üz tutduğu halda, oğlanlar şəkil və video, o cümlədən “deepfake” məzmunun yaradılmasına daha çox maraq göstərirlər.(mənbə AZƏRTAC)

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox