Azedu.az

Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb

Məktəblər

10 Fevral 2026, 12:19
Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb

Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən mərasimdə MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, ARTİ-nin direktor müavini Fuad Qarayev, İnstitutun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, MÜTDA-nın Uşaq Rifahı və İnkişafı şöbəsinin müdiri İlahə Rəsulova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müsabiqə və olimpiadada qalib gələn şagirdlər iştirak ediblər.

Qalibləri təbrik edən MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq təhsilin əsas hədəflərindən biridir.

N.Hüseynova bu cür müsabiqə və olimpiadaların şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların elmi potensialının üzə çıxarılmasında, yaradıcı və analitik düşünmə qabiliyyətlərinin formalaşmasında mühüm rol oynadığını söyləyib.

ARTİ-nin direktor müavini Fuad Qarayev olimpiada və müsabiqələrin ölkədə istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi baxımından əhəmiyyətindən danışıb, bu yarışların təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini və gələcək uğurlar üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Daha sonra Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında yüksək nəticə göstərmiş şagirdlərə diplom və mükafatlar təqdim olunub.

Mərasimdə 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kompozisiyalar nümayiş etdirilib.

İranda tunellər bağlandı - DƏHŞƏTLİ HÜCUM başlayır
Son xəbərlərDaha çox