Qum fırtınası səbəbilə Liviyanın Misrata, Zliten, Zuvara, əl-Cəmil, Zaltan və əl-Cədidə şəhərlərində təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilib.
AzEdu.az xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyindəki Liviya Təcili Yardım Bölməsi ölkənin mərkəzi və qərb bölgələrindəki bütün şöbələrə xəbərdarlıq edib.
Paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanında qum fırtınası səbəbilə uçuşlar ləğv olunub.