Azedu.az

Naxçıvanda uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbulu başlayıb

Məktəblər

30 Yanvar 2026, 09:47
Naxçıvanda uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbulu başlayıb

Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbuluna başlayır.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər fevralın 13-dək şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə şəhər və rayon Təhsil şöbələrinə təqdim edə bilərlər. 

Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.
Müsabiqə şərtləri ilə bağlı məlumat  //l24.im/Zg0L  linkində, proqramla bağlı məlumat    //l24.im/P2c7v3B linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə  //l24.im/D7ATZ4 linkində yerləşdirilib.

Müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 19 vəzifə çıxarılıb.
Məlumat üçün bildirək ki,  Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə tədris rus dilində aparıldığından müsahibə zamanı namizədlərin həm də rus dilində danışıq qabiliyyəti yoxlanılacaq.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox