Azedu.az

Psixoloqlar müsahibəyə cəlb olunacaq

Məktəblər

28 Yanvar 2026, 17:09
Psixoloqlar müsahibəyə cəlb olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 36, İKT üzrə minimum 6, məntiq üzrə isə minimum 8 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar.

AzEdu.az xəbər verir ki, müsahibədə iştirak etmək istəyən namizədlər 29 yanvar 2026-cı il tarixindən 2 fevral 2026-cı il saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.

Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.

Təqdim olunan məlumatlar yoxlandıqdan sonra uyğun namizədlərin qeydiyyatdan keçdikləri mobil telefona müsahibənin vaxtı və məkanı haqqında məlumat SMS vasitəsilə göndəriləcək.

Müsahibəndən uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox