Azedu.az

Tarixçi alim Həsən Həsənovla görüşü keçirilib

Məktəblər

27 Yanvar 2026, 16:41
Tarixçi alim Həsən Həsənovla görüşü keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tarix müəllimləri ilə siyasi və dövlət xadimi, diplomat, tarixçi alim Həsən Həsənovun görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, görüş H.Həsənovun müəllifi olduğu “Azərbaycan: tarixi-coğrafi atlas” və “Azərbaycan: tarixi-etnoqrafik atlas” kitablarının müzakirəsinə həsr olunub.

Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu və müəllimlər iştirak ediblər.

MÜTDA-nın direktor müavini Vəfa Yaqublu iştirakçıları salamlayaraq bildirib ki, görüşün əsas məqsədi paytaxtın ümumi təhsil müəssisələrində çalışan tarix müəllimləri ilə tanınmış alim arasında canlı dialoqun qurulması, yeni elmi mənbələrin təqdim olunmasından ibarətdir. V.Yaqublu Həsən Həsənovun müəllifi olduğu “Azərbaycan: tarixi-coğrafi atlas” və “Azərbaycan: tarixi-etnoqrafik atlas” nəşrlərinin Azərbaycanın tarixi reallıqlarının, coğrafi məkanlarının və etnoqrafik xüsusiyyətlərinin elmi əsaslarla təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib.

H.Həsənov müəllifi olduğu “Azərbaycan: tarixi-coğrafi atlas” və “Azərbaycan: tarixi-etnoqrafik atlas” kitablarının ərsəyə gəlmə prosesi, elmi mənbələri, xəritə və materialların tarixi əhəmiyyəti barədə müəllimlərə ətraflı məlumat verib. Müəllif qeyd edib ki, nəşrlərdə tarixi faktlar obyektiv elmi əsaslarla təqdim edilib, müxtəlif dövrlərə aid tarixi, coğrafi və etnoqrafik materialların etibarlı elmi mənbələr əsasında toplanmasına və sistemləşdirilməsinə xüsusi diqqət yetirilib.

Müzakirə formatında keçirilən görüşdə müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox