Azedu.az

Sudanda müharibə 8 milyondan çox uşağı təhsildən məhrum edib

Məktəblər

22 Yanvar 2026, 15:34
Sudanda müharibə 8 milyondan çox uşağı təhsildən məhrum edib

Sudanda müharibə 8 milyondan çox uşağı təhsildən məhrum edib.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, beynəlxalq “Save the Children” (Uşaqları qoruyun) təşkilatının bu gün yayılan bəyanatında qeyd olunub. Bəyanatda bildirilir ki, təhsil yaşında olan uşaqların təxminən yarısı, yəni 8 milyondan çox uşaq 484 gün ərzində dərsə getməyib. Bu, COVID-19 pandemiyası zamanı məktəblərin bağlanma müddətini belə geridə qoyaraq dünyada ən uzunmüddətli fasilədir.

“Sudan dünyanın ən ağır təhsil böhranlarından biri ilə üzləşir. Bir çox məktəblər bağlanıb, digərləri isə münaqişə nəticəsində zərər görüb və ya sığınacaq kimi istifadə olunur”, - deyə bəyanatda deyilir.

Bildirilir ki, ərazisinin böyük hissəsi Çevik Dəstək Qüvvələrinin nəzarətində olan Darfur bölgəsi daha çox zərər çəkib. Şimali Darfur əyalətində 1100-dən çox məktəbdən yalnız 3 faizi fəaliyyət göstərir. Qərbi Kordofan əyalətində isə hazırda məktəblərin cəmi 15 faizi işləyir, bir çox müəllim isə əməkhaqlarının verilməməsi səbəbindən işini tərk edib.

Sudan üç ildir ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır. Bu münaqişə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub və ölkənin səhiyyə və təhsil infrastrukturunun böyük hissəsini məhv edib.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox