Azedu.az

Agentlik: Böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur

Məktəblər

22 Yanvar 2026, 14:04
Agentlik: Böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur

Sürətli internet bağlantısı və uyğun sayda kompüteri olan ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.

Qeyd edək ki, böyük summativ qiymətləndirmə “Microsoft TEAMS” proqramı vasitəsilə həyata keçirilir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox