Azedu.az

Lütfi Zadə adına olimpiada və fənn müsabiqələrinə qeydiyyat başlayır

Məktəblər

15 Yanvar 2026, 13:57
Lütfi Zadə adına olimpiada və fənn müsabiqələrinə qeydiyyat başlayır

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələri üzrə qeydiyyat prosesinə başlanılır.

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Bildirilib ki, hər iki müsabiqədə iştirak üçün elektron qeydiyyat prosesi 15 yanvar, 15:00 – 29 yanvar, 15:00 tarixlərini əhatə edir. Müsabiqədə iştirak etmək istəyən şagirdlər 15 yanvar saat 15:00-dan etibarən //portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsinə daxil olaraq, müvafiq müsabiqə istiqamətini seçməklə elektron müraciət etməlidirlər.

Təlimat videosu ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

//www.youtube.com/watch?v=0cOqPiGaHBw

Ətraflı: //shorturl.at/0bnWo

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox