Azedu.az

Xüsusi təhsil müəssisələrində 5 434 uşaq təhsil alır

Məktəblər

15 Yanvar 2026, 13:24
Xüsusi təhsil müəssisələrində 5 434 uşaq təhsil alır

2024/2025-ci tədris ilində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin ümumi sayı 17 olub. Bu müəssisələrdə ümumilikdə 5 434 nəfər şagird təhsil alıb.

AzEdu.az-ın əldə Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, xüsusi təhsil müəssisələrinin strukturuna nəzər saldıqda, onların 8-i xüsusi ümumtəhsil məktəbi olub. Bu məktəblərdə 3 273 nəfər şagird oxuyub. 9 internat tipli xüsusi ümumtəhsil məktəbində isə 2 161 nəfər şagird təhsil alıb.

Xəstəliyin növləri üzrə ixtisaslaşmış xüsusi təhsil müəssisələrində vəziyyət belə olub: Əqli (psixi) pozuntuları olan uşaqlar üçün fəaliyyət göstərən 8 müəssisədə 3 485 nəfər şagird təhsil alıb.Görmə pozulmaları olan uşaqlar üçün nəzərdə tutulmuş 2 müəssisədə 310 nəfər şagird qeydə alınıb.

Eşitmə pozulmaları olan uşaqlar üçün fəaliyyət göstərən 2 müəssisədə 699 nəfər şagird oxuyub.Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan uşaqlar üçün olan 1 müəssisədə 103 nəfər şagird təhsil alıb.Nitq pozulmaları olan uşaqlar üçün nəzərdə tutulmuş 2 müəssisədə 508 nəfər şagird təhsil alıb.Digər kateqoriyalar (sair) üzrə fəaliyyət göstərən 2 müəssisədə isə 329 nəfər şagird oxuyub.

Bundan əlavə, ümumi təyinatlı və inteqrasiya təlimli təhsil müəssisələrində təşkil olunmuş siniflərdə 2024/2025-ci tədris ilində 1 346 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alıb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox