Azedu.az

“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

Məktəblər

14 Yanvar 2026, 12:02
“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

14 yanvar 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin qeydiyyatı prosesinə başlanılır.

Bu barədə AzEdu.az-a MÜTDA-dqan məlumat verilib.

Bildirilib ki, şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Qeyd edək ki, müsabiqəyə qeydiyyat 30 yanvar 2026-cı il tarixinə kimi aktiv olacaq.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox