10–11 yanvar tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib. Olimpiada onlayn formatda keçirilib.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.
İmtahan nəticələrinə əsasən:
8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər;
9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər;
10-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 508 nəfər;
11-ci siniflər üzrə isə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 501 nəfər olub.
Qeyd edilib ki, növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlər barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.