Azedu.az

Ötən il 133 şagirdin dərsə davamiyyəti bərpa olunub

Məktəblər

12 Yanvar 2026, 12:19
Ötən il 133 şagirdin dərsə davamiyyəti bərpa olunub

2025-ci ildə Azərbaycanda 133 şagirdin dərsə davamiyyəti bərpa olunub.

AzEdu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.

Onun sözlərinə görə, "təhsildə sosial iş" xidməti çərçivəsində 1 400 risk qrupunda olan uşaq qiymətləndirilib:

"Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə 1100 məktəbi əhatə etmişik".

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox