Azedu.az

Şagirdlər qonşu kənd məktəbinə atla gedib-gəlməyə məcburdurlar - FOTO

Məktəblər

27 Dekabr 2025, 13:34
Şagirdlər qonşu kənd məktəbinə atla gedib-gəlməyə məcburdurlar - FOTO

Yardımlı rayonunda sentyabr ayında bağlanmış sinfin şagirdləri təhsillərini davam etdirmək üçün qonşu kənd məktəbinə getmək məcburiyyətində qalıblar.

AzEdu.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Şıxlar kənd orta məktəbinin 4 şagirdi hazırda Çanaqbulaq kənd orta məktəbində təhsil alır.

Şagirdlərin valideynlərinin sözlərinə görə, Çanaqbulaq kəndinə gedən yolun bərbad vəziyyətdə olması uşaqların məktəbə gedib-gəlməsini xeyli çətinləşdirir. Xüsusilə qarlı-şaxtalı havalarda bu çətinlik daha da artır. Valideynlər bildirirlər ki, yolboyu vəhşi heyvan təhlükəsi də var və bu səbəbdən bəziləri övladlarını məktəbə atla aparıb-gətirməyə məcbur qalır.

Məlumata görə, orta hesabla təxminən 2 saat vaxt aparan yolun böyük hissəsi hazırda keçilməz vəziyyətdədir.

Valideynlər qeyd edirlər ki, sinfin yenidən açılması üçün tələb olunan şagird sayı mövcuddur. Lakin şagirdlərdən birinin müəyyən edilmiş vaxtda elektron qeydiyyat sistemindən keçə bilməməsi sinfin bağlanmasına səbəb olub.

Hazırda valideynlər övladlarının yenidən öz kəndlərində təhsil almaları üçün müvafiq qurumlardan məsələnin həllini gözləyirlər. Məsələ ilə bağlı Lənkəran–Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox