Hindistanda ayı məktəb ərazisinə girib və elə sinif otağından uşağı aparıb.
AzEdu.az bildirir ki, bu barədə "The Star" qəzeti məlumat verib.
İnsident Uttarkhand ştatının Harişankar şəhərindəki məktəbdə baş verib. Ayı dərs getdiyi zaman məktəb binasına girib, şagirdlərin və müəllimlərin gizləndikləri kabinetlərin bağlı qapılarına özünü çırpmağa başlayıb. Ayı qapılardan birini sındırmağı bacarıb, Aarav adlı altıncı sinif şagirdinə hücum edib və onu meşəyə doğru sürükləməyə çalışıb. Müəllimlər və digər şagirdlər uşağın köməyinə qaçıb və ayını geri çəkilməyə məcbur ediblər, onların əlaqələndirilmiş hərəkətləri sayəsində oğlan uşağı xilas edilib.
Yırtıcı heyvan ovunu yaxınlıqdakı kolluqlarda atıb. Aarav heyvanın caynaqlarından və dişlərindən çoxsaylı xəsarətlər alıb.
"Biz başa düşə bilmirik, niyə administrasiya hələ də şagirdlərin mühafizəsi üçün qətiyyətli tədbirlər görmür. Oxşar hücum bir neçə gün əvvəl başqa bir ərazidə baş verib", - deyə anonimlik şərti ilə danışan müəllimlərdən biri bildirib.
Bu, son günlərdə Uttarkhandda məktəb ərazisinə girən ikinci yırtıcıdır. Daha əvvəl vaşqa bir heyvan Harişankar məktəbinin şagirdi olan qıza dərsdən sonra evə qayıtdığı zaman hücum edib. Çamoli dairəsi hakimiyyəti məktəbə gedən bütün uşaqların müşayiət edilməsinə göstəriş verib.