Azedu.az

Dini mövzular dərsdə necə təqdim olunmalıdır?

Məktəblər

16 Dekabr 2025, 11:34
Dini mövzular dərsdə necə təqdim olunmalıdır?

“Din və təhsilin kəsişdiyi məsələlər bu gün pedaqoji müstəvidə xüsusi aktuallıq kəsb edir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib.

Onun sözlərinə görə, məktəb və müəllim üçün əsas məqsəd yalnız bilik ötürmək deyil, eyni zamanda düşünən, sual verən və sağlam dəyərlərə söykənən şəxsiyyət formalaşdırmaqdır.

174382

“Bu baxımdan belə konfranslar Azərbaycan məktəbinin və müəlliminin qarşısına məqsəd qoymaq, istiqamət müəyyənləşdirmək baxımından olduqca vacibdir. Anar müəllimin vurğuladığı məqam da çox yerindədir. Din müəllimi yalnız mövzunu izah edən deyil, davranışı ilə nümunə göstərən şəxs olmalıdır. Çünki uşaqlar deyilən sözdən çox, gördükləri davranışdan nəticə çıxarırlar. Müəllimin tolerantlığı, ünsiyyəti, münasibəti və etik davranışı dərsdə səsləndirilən fikirlərdən daha güclü təsir göstərir.

Eyni zamanda düşünürəm ki, dini düşüncə mədəniyyətinin tədrisində əsas məqsəd uşaqlara hazır qənaətləri aşılamaq deyil, onları düşünməyə, fərqli baxışlara hörmətlə yanaşmağa və manipulyativ təsirlərdən qorunmağa hazırlamaqdır. Bu isə yalnız biliklə deyil, pedaqoji məsuliyyət və şəxsi nümunə ilə mümkündür.

Belə konfranslar müəllimlər üçün həm məsuliyyəti xatırladan, həm də öz üzərlərində işləməyə təşviq edən platformadır. Əgər müəllim dedikləri ilə yaşadıqları arasında uyğunluq yarada bilirsə, o zaman məktəb təkcə bilik ötürülən məkan deyil, həm də dəyərlərin formalaşdırıldığı mühitə çevrilir”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox